Xəbərlər


Nazim Babayev gənclər arasında Avropa çempionatından da medalla dönür

 

"Neftçi İdman Klubu”nun təmsilçisi Nazim Babayev İsveçin Qalve şəhərində 23 yaşadək atletlər arasında keçirilən Avropa çempionatında böyük uğura imza atıb. O, üç təkanla tullanma yarışında 17.03 metr nəticə göstərərək gümüş medal əldə edib.

Qeyd edək ki, Nazim Babayev bugünlərdə İtaliyanın Neapol şəhərində keçirilən XXX Ümumdünya Yay Universiadasında üç təkanla tullanma yarışının finalında 16,89 metr nəticə göstərərək qalib olub. Bununla da o, universiadalarda ikinci çempionluğunu rəsmiləşdirib. İdmançımız birinci dəfə Çinin Taypey şəhərində keçirilən XXIX Ümumdünya Yay Universiadasında qızıl medala sahib olmuşdu.