Xəbərlər


Telman Vəliyev Macarıstan Qran-prisinin bürünc medalına yiyələnib

"Neftçi İdman Klubu”nun yetirməsi Telman Vəliyev (73 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə Qran-pri turnirində bürünc medala sahib olub. Dünyanın 82 ölkəsindən 548 cüdoçunun qatıldığı yarışda idmançımız Portuqaliya, Macarıstan, İsveç və Perudan olan rəqibləri üzərində qələbə qazanaraq yarımfinala yüksəlib. Bu mərhələdə Rusiya təmsilçisinə məğlub olanTelman Vəliyev üçüncü yer uğrunda görüşdə yaponiyalı Masaşi Ebinumaya qalib gəlib.

Telman Vəliyev Macarıstan Qran-prisinin bürünc medalına yiyələnibTelman Vəliyev Macarıstan Qran-prisinin bürünc medalına yiyələnibTelman Vəliyev Macarıstan Qran-prisinin bürünc medalına yiyələnib