Xəbərlər


Nazim Babayev Universiadanın qalibi olub

 

"Neftçi İdman Klubu”nun atleti Nazim Babayev İtaliyanın Neapol şəhərində təşkil olunan XXX Ümumdünya Yay Universiadasının qızıl medalına sahib olub. Üç təkanla tullanma yarışının təsnifat mərhələsində Avropa çempionumuz 16,36 metr nəticə ilə finala vəsiqəni təmin edib. İdmançımız finalda 16,89 metr nəticə göstərərək Universiadanın qalibi olub. Qeyd edək ki, bu, Nazim Babayevin universiadalarda ikinci çempionluğudur.

Xatırladaq ki, mötəbər turnirin əvvəlki günlərində klubumuzun digər yetirməsi, cüdoçu Hidayət Heydərov (73 kq) gümüş medala layiq görülmüşdü.

Nazim Babayev Universiadanın qalibi olubNazim Babayev Universiadanın qalibi olubNazim Babayev Universiadanın qalibi olub