Xəbərlər


Cüdoçumuz XXX Ümumdünya Yay Universiadasında gümüş medal qazanıb

 

"Neftçi İdman Klubu”nun cüdoçusu Hidayət Heydərov İtaliyanın Neapol şəhərində keçirilən XXX Ümumdünya Yay Universiadasının gümüş medalına yiyələnib. Yetmiş üç kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız ardıcıllıqla Səudiyyə Ərəbistanı təmsilçisi Abdullah Hamad, misirli Abdelrahman Mohamed, fransalı Luca Otmane, monteneqrolu Marko Qusiç və Monqolustan cüdoçusu Tsoqtbaatar Tsend-Oçir üzərində qələbə qazanaraq finala yüksəlib. Həlledici görüşdə rusiyalı rəqibi Yevgeni Prokopçuka məğlub olan Hidayət Heydərov Universiadanı ikinci yerdə başa vurub.