Xəbərlər


“Neftçi İdman Klubu”nun təmsilçiləri ilin birinci yarısında 676 medala sahib olublar

"Neftçi İdman Klubu”nun yetirmələri həmişə olduğu kimi, bu il də müxtəlif yarışlarda uğurlu çıxışlarını davam etdirməkdədirlər. Belə ki, atletlərimiz ilin birinci yarısında əldə etdikləri medalların sayına görə yenə də ölkədə fəaliyyət göstərən idman qurumları arasında liderliklərini qoruyublar. Təmsilçilərimiz ilin ilk altı ayı ərzində ölkədaxili və beynəlxalq səviyyəli yarışlarda əzmlə mübarizə apararaq, 243-ü qızıl, 191-i gümüş və 242-si bürünc olmaqla, ümumilikdə 676 medal qazanıblar. İdmançılarımız dünya yarışlarında 7 (3 qızıl, 1 gümüş, 3 bürünc), Avropa yarışlarında 21 (8 qızıl, 4 gümüş, 9 bürünc), II Avropa Oyunlarında 9 (2 qızıl, 3 gümüş, 4 bürünc), beynəlxalq turnirlərdə isə 156 medala (48 qızıl, 42 gümüş, 66 bürünc) sahib olublar. Respublika səviyyəli yarışlarda 190 medal (71 qızıl, 51 gümüş, 68 bürünc) əldə edən klubumuzun yetirmələri paytaxt yarışlarında 139 (49 qızıl, 41gümüş, 49 bürünc), digər yarışlarda isə 154 dəfə (62 qızıl, 49 gümüş, 43 bürünc) fəxri kürsüdə yer alıblar.