Xəbərlər


İdmançılarımız II Avropa Oyunlarında 2 qızıl, 3 gümüş və 4 bürünc medal qazandılar

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarına yekun vurulub. Mötəbər turnirə Avropanın 50 ölkəsindən 4 mindən çox idmançı qatılıb. Atletlər idmanın 15 növü üzrə 200 dəst medal uğrunda mübarizə aparıblar.

"Neftçi İdman Klubu”nun II Avropa Oyunlarında ölkəmizi təmsil edənyetirmələri əzmkarlıq nümayiş etdirərək böyük uğura imza atıblar. Belə ki, idmançılarımız 2-si qızıl, 3-ü gümüş və 4-ü bürünc olmaqla, mötəbər yarışın 9 medalına sahib olublar. Qızıl medallara Hacı Əliyev və Mahir Əmiraslanov (hər ikisi sərbəst güləş) layiq görülüblər. Rüstəm Orucov (cüdo), İslam Abbasov (yunan-Roma güləşi), Ağasif Səmədov (sambo) gümüş, Hidayət Heydərov, Məmmədəli Mehdiyev, Elmar Qasımov və İrina Kindzerska (hamısı cüdo) isə bürünc medala yiyələniblər.

Qeyd edək ki, Minskdə keçirilən ikinci Avropa Oyunlarında 82 idmançı ilə təmsil olunan Azərbaycan millisi 28 medal (5 qızıl, 10 gümüş, 13 bürünc)qazanaraq komanda hesabında 50 ölkə arasında 10-cu pillədə qərarlaşıb.