Xəbərlər


Paralimpiyaçılarımız Tunisdə 2 qızıl medala sahib olublar

Tunisdə paralimpiyaçılar arasında atletika üzrə beynəlxalq Qran-pri turniri keçirilib.

"Neftçi İdman Klubu”nun paraatletləri yarışda böyük uğura imza atıblar. Təmsilçilərimizdən Elmir Cəbrayılov 100 metr məsafəni 11,31 saniyəyə qət edərək turnirin qızıl medalına yiyələnib. Samir Nəbiyev isə nüvəitələmə yarışında 13,84 metrlik nəticə ilə bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.