Xəbərlər


Vüqar Kərəmov beynəlxalq turnirin qalibi oldu

"Sərhədçi” İdman Olimpiya Mərkəzində MMA idman növü üzrə beynəlxalq turnir keçirilib.

Klubumuzun turnirə qatılmış təmsilçilərindən Vüqar Kərəmov (71 kq) məğlubiyyət tanımayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 66 kq çəki dərəcəsində mübarizə aparan Etiram Dərişov isə yalnız final döyüşündə rəqibi ilə bacarmayıb və gümüş medala layiq görülüb.