Xəbərlər


Yeniyetmə cüdoçumuz Polşadan medalla dönür

 

Polşanın paytaxtı Varşavada yeniyetmə cüdoçular arasında keçirilən Avropa birinciliyi sona yetib. Otuz doqquz ölkədən 431 cüdoçunun medallar uğrunda mübarizə apardığı yarışda Azərbaycan 18 idmançı (10 oğlan, 8 qız) ilə təmsil olunub.

"Neftçi İdman Klubu”nun yığma komandamızın heyətində yer alan yeniyetmə cüdoçusu Hüseyn Məmmədov (+90 kq) Avropa birinciliyinin bürünc medalını qazanıb. Cüdoçumuz 3-cü yer uğrunda görüşdə Fransa təmsilçisi Matias Anglioninə qalib gəlib.

Qeyd edək ki, Azərbaycan cüdoçuları Avropa birinciliyini 1 qızıl və 3 bürünc medalla başa vurublar.

Yeniyetmə cüdoçumuz Polşadan  medalla dönürYeniyetmə cüdoçumuz Polşadan  medalla dönürYeniyetmə cüdoçumuz Polşadan  medalla dönür