Xəbərlər


Güləşçimiz İslam Abbasov da Avropa Oyunlarında medal qazandı

 

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarına yekun vurulub.

"Neftçi İdman Klubu”nun yunan-Roma güləşçisi İslam Abbasov (87 kq) yarışda inamla mübarizə apararaq finala yüksəlib. İdmançımız bu yolda rəqiblərinə heç bir xal vermədən onları məğlubiyyətə uğradıb. Belə ki, mübarizəyə səkkizdəbir finaldan başlayan pəhləvanımız serbiyalı Nikolay Dobrev üzərində 8:0 hesablı qələbə qazanıb. Dörddəbir finalda Macarıstan təmsilçisi Viktor Lorinsə 3:0, yarımfinalda isə xorvatiyalı İvan Huklelə 5:0 hesabı ilə qalib gələn İslam Abbasov finala vəsiqəni təmin edib. Həlledici görüşdə ukraynalı Jan Belenyukla üz-üzə gələn 23 yaşlı pəhləvanımız bu qarşılaşmada da sona qədər əzmlə mübarizə aparıb. Lakin buna baxmayaraq, güləşçimiz güclü rəqibinə məğlub olub (1:3) və II Avropa Oyunlarının gümüş medalına layiq görülüb.

Xatırladaq ki, mötəbər turnirin əvvəlki günlərində sərbəst güləşçilərimiz Mahir Əmiraslanov (57kq) və Hacı Əliyev (65 kq) qızıl medala sahib olmuşdular.

Güləşçimiz İslam Abbasov da Avropa Oyunlarında medal qazandıGüləşçimiz İslam Abbasov da Avropa Oyunlarında medal qazandıGüləşçimiz İslam Abbasov da Avropa Oyunlarında medal qazandı