Xəbərlər

Avropa Oyunlarında ikinci qızıl medal da “Neftçi İdman Klubu”ndan gəldi

Belarusun paytaxtı Minskdə təşkil olunan II Avropa Oyunları davam edir.

Bu gün keçirilən güləş yarışlarında "Neftçi İdman Klubu”nun sərbəst güləşçisi Hacı Əliyev (65 kq) əzmlə mübarizə apararaq "Minsk 2019”da ölkəmizin aktivinə ikinci qızıl medalı yazdırıb. Üçqat dünya və üçqat Avropa çempionu, "Rio 2016” Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı olan Hacı Əliyev mötəbər turnirdə mübarizəyə səkkizdəbir finaldan başlayıb. O, əvvəlcə Ermənistan təmsilçisi Volodya Franqulyanı, ardınca isə Belarus idmançısı Georgi Kolıevi məğlub edib. Yarımfinalda Ukraynanı təmsil edən erməni əsilli Hor Ohannesyan üzərində qələbə qazanan güləşçimiz finala yüksəlib. Klubumuzun yetirməsi həlledici mərhələdə Gürcüstan idmançısı, Olimpiya Oyunlarının qızıl və gümüş medalçısı, üçqat Avropa çempionu Vladimir Xinçeqaşvili ilə üz-üzə gəlib. Görüşdə daha inamlı təsir bağışlayan pəhləvanımız güclü rəqibini 10:2 hesabı ilə məğlub edib və II Avropa Oyunlarının qalibi adını qazanıb.

Xatırladaq ki, iyunun 26-da digər sərbəst güləşçimiz Mahir Əmiraslanov (57 kq) ölkəmizə Avropa Oyunlarının ilk qızıl medalını qazandırmışdı.
Avropa Oyunlarında ikinci qızıl medal da “Neftçi İdman Klubu”ndan gəldiAvropa Oyunlarında ikinci qızıl medal da “Neftçi İdman Klubu”ndan gəldiAvropa Oyunlarında ikinci qızıl medal da “Neftçi İdman Klubu”ndan gəldi