Xəbərlər


Güləşçimiz Avropa Oyunlarında ölkəmizə ilk qızıl medalı qazandırıb

"Neftçi İdman Klubu”nun sərbəst güləşçisi Mahir Əmiraslanov Minskdə keçirilən ikinci Avropa Oyunlarında Azərbaycan yığmasının aktivinə ilk qızıl medalı yazdırıb. Əlli yeddi kiloqram çəki dərəcəsində mübarizə aparan pəhləvanımız bolqarıstanlı Georgi Vangelova 6:5, Şimali Makedoniya təmsilçisi Vladimir Yeqorova 4:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə Rusiya idmançısı Zavur Uquyevi məğlub edən (3:2) Mahir Əmiraslanov finala vəsiqəni təmin edib. O, həlledici görüşdə serbiyalı Stevan Misiç üzərində 9:1 hesabı ilə inamlı qələbə qazanıb və II Avropa Oyunlarının qızıl medalına sahib olub.

Qeyd edək ki, ikisi erməni olmaqla, bütün rəqiblərini məğlub edən üçqat Avropa və üçqat dünya çempionumuz Hacı Əliyev (65 kq) isə finala vəsiqə qazanıb. Klubumuzun yetirməsi bu görüşdə Gürcüstan təmsilçisi Vladimir Xinçeqaşvili ilə üz-üzə gələcək.

Güləşçimiz Avropa Oyunlarında ölkəmizə ilk qızıl medalı qazandırıbGüləşçimiz Avropa Oyunlarında ölkəmizə ilk qızıl medalı qazandırıbGüləşçimiz Avropa Oyunlarında ölkəmizə ilk qızıl medalı qazandırıb