Xəbərlər


Samboçumuz Ağasif Səmədov Avropa Oyunlarını gümüş medalla başa vurub

"Neftçi İdman Klubu”nun samboçusu Ağasif Səmədov (52 kq) Minskdə keçirilən ikinci Avropa Oyunlarında mükafata layiq görülüb. Təmsilçimiz dörddəbir finalda litvalı Gintaras Katkusa 5:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə yerli idmançı Maksim Krasinski ilə qarşılaşan klubumuzun yetirməsi rəqibinə heç bir şans verməyib - 4:0. Finala vəsiqəni təmin edən samboçumuz həlledici qarşılaşmada Ermənistan idmançısı Tiqran Kirokasyanla görüşdən məğlub ayrılıb və Avropa Oyunlarının gümüş medalını qazanıb.

Xatırladaq ki, mötəbər turnirin əvvəlki günlərində cüdoçularımızdan Rüstəm Orucov gümüş, Hidayət Heydərov (hər ikisi 73 kq) isə bürünc medala yiyələnib.