Xəbərlər

«Atam, anam və mən» turizm yarışı keçirildi

«Neftçi İdman Klubu» peşəkar idmanla yanaşı, mütəmadi olaraq, neft, qaz və kimya sənayesinin işçiləri arasında da idmanın müxtəlif növləri üzrə yarışlar təşkil edir. Gündən-günə daha intensiv xarakter daşıyan bu tədbirlər idmanın kütləviləşməsi, sağlam gəncliyin yetişməsi və neftçilərin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə reallaşdırılır.

Klubumuz bu il də öz ənənəsini davam etdirərək neft, qaz və kimya sənayesi müəssisələrinin işçiləri və onların ailə üzvləri arasında 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş «Atam, anam və mən» idman-turizm yarışı keçirdi. İyunun 15-17-də Xaçmaz rayonunun Nabran qəsəbəsindəki meşə zolağında baş tutan yarışda Heydər Əliyev adına Neft Emalı Zavodu, ”Azərkimya” İstehsalat Birliyi, Neft Kəmərləri İdarəsi və «Qaz İxrac» İdarəsinin komandaları qalib adı uğrunda mübarizəyə qoşulmuşdu.

Yarışın keçirilməsində əsas məqsəd «Atam, anam və mən» idman-turizm yarışını neftçilər arasında inkişaf etdirmək, işçilərə təbii şəraitə uyğunlaşma vərdişlərini aşılamaq, onlar arasında sağlam həyat tərzini təbliğ etmək, turizm üzrə yarışların yeni formalarını araşdırmaq və tətbiq etmək idi.

Əvvəlcə yarışın baş hakimi Natalya Əliyeva iştirakçılara yarış haqda məlumat verdi. Yarışın keçirilmə qaydası aşağıdakı formada təşkil olunmuşdu. Ailə komandası öncə start nöqtəsində qurulmuş çadırı sökür. Sonra onlar bir qədər qaçaraq, irəlidə iki ağac arasında asılmış paralel kəndiri ayaqüstə keçir və kəndirdən hörülmüş toru da – «siçantutan»ı dəf edərək müəyyən məsafəyə qədər qaçır və bu dəfə ağacdan asılmış kəndiri arxası üstə əllərini və ayaqlarını sürüşdürməklə keçir və növbəti maneəyə doğru qaçırdı. Burada yarışmaçılardan dolaşıq kəndirin müxtəlif nöqtələrində yerləşdirilmiş açarı qıfılın yanına gətirmək və onun içərisinə daxil etmək tələb olunurdu. Ardınca komanda bir qədər irəliyə qaçaraq, ağacdan asılmış kəndir vasitəsilə müəyyən olunmuş məsafəyə tullanır və qarşıda quraşdırılmış nişangaha xüsusi oxlar atırdı. Burada ailənin üzvləri halqanın içərisinə girərək müəyyən məsafə qət edir, sonra isə onlar finiş nöqtəsinə qaçaraq sökdükləri çadırı yenidən quraşdırır və əvvəlki vəziyyətinə qaytarırdılar. Yarışı ən tez və səhvsiz (və ya daha az səhvlə) başa çatdıran komanda qalib hesab olunurdu.

Ailə komandaları arasında oğlanların yarışında Hüseynovlar ailəsi (Neft Kəmərləri İdarəsi) qalib adını qazandı. Sadıqovlar ailəsi (Heydər Əliyev adına NEZ) 2-ci, Süleymanovlar ailəsi («Qaz İxrac» İdarəsi) isə 3-cü yeri tutdu. Qızlar arasında Rzayevlər ailəsi (Heydər Əliyev adına Neft Emalı Zavodu) liderliyə yüksəldi. İbrahimovlar ailəsi 2-ci, Neft Kəmərləri İdarəsini təmsil edən Musayevlər ailəsi isə 3-cü yerə çıxdı.

Turnirin növbəti günü uşaqlar arasında «Şən startlar» əyləncəli yarışı keçirildi. Müxtəlif maraqlı oyunların birinin digərini əvəz etməsi uşaqların hədsiz sevincinə səbəb olurdu. Bundan əlavə, uşaqlar arasında şeir demək, rəqs etmək və mahnı oxumaq, eləcə də ölkəmizin tarixi, coğrafiyası və məntiqlə bağlı tərtib olunmuş suallar üzrə intellektual müsabiqə keçirildi ki, bu yarışmalarda da onlar böyük maraq və həvəslə iştirak etdilər.

Yarışın sonunda keçirilən mükafatlandırma mərasimində «Neftçi İdman Klubu»nun bədən tərbiyəsi üzrə meneceri Akif Məmmədov çıxış edərək uşaqları 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə klubun idarəetmə aparatının rəhbəri Sadıq Sadıqovun adından təbrik etdi. Azərbaycanda uşaqlara göstərilən diqqət və qayğıdan söhbət açan klub rəsmisi onlara gələcəkdə daha xoşbəxt və firavan həyat arzuladı. O, yarışda göstərdikləri fəallığa görə bütün iştirakçılara minnətdarlığını bildirdi, onlara cansağlığı, müvəffəqiyyətlər dilədi və qaliblərə öz təbriklərini çatdırdı.

Tədbirdə öncə yer tutmuş komandalara klubun diplom və hədiyyələri təqdim olundu. Sonra uşaqlar arasında keçirilən yarışlarda və müsabiqələrdə qalib gəlmiş on nəfər mükafatlandırıldı. Bundan əlavə, «Neftçi İdman Klubu» öz ənənəsini davam etdirərək, «ən kiçik turist», «ən fəal turist» və «ən qocaman turist» nominasiyaları üzrə də mükafatlar təsis etmişdi. Bu nominasiyaların qalibi adına müvafiq olaraq, Aylin Kərimli ("Qaz İxrac” İdarəsi), Səma Rzayeva (Heydər Əliyev adına NEZ) və Bəxtiyar Musayev ("Azərkimya” İB) layiq görüldülər.

Daha sonra isə yarışda iştirak edən bütün uşaqlara bayram hədiyyələri təqdim olundu.

«Atam, anam və mən» turizm yarışı keçirildi«Atam, anam və mən» turizm yarışı keçirildi«Atam, anam və mən» turizm yarışı keçirildi