Xəbərlər


Güllə atıcılarımız respublika birinciliyində

Yeniyetmələr və gənclər arasında keçirilən güllə atıcılığı üzrə Azərbaycan birinciliyinə yekun vurulub. Bakı Atıcılıq Mərkəzində təşkil olunan turnirdə 25 atıcı qalib adı uğrunda yarışıb.

"Neftçi İdman Klubu”nun yetirmələri də birincilikdə bacarıqlarını nümayiş etdiriblər. İdmançılarımızdan Vladislav Kalmıkov oğlanlar arasında PTÇ-3 tipli tapançadan 10 metr məsafəyə atəşaçma yarışında 547 xal toplayaraq Azərbaycan çempionluğunun sevincini yaşayıb. İmran Qarayev (541 xal) 2-ci, Tamerlan Əliyev (535 xal) isə 3-cü pillədə qərarlaşıb.

Qızların mübarizəsində (PTÇ-2) Xanna Əliyeva eyni məsafəyə atəşaçmada 545 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Nəzrin Abbaslı (535 xal) isə gümüş medala layiq görülüb.

Atıcılığın "mix team” növündə pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma yarışında Zeynəb Abbasova və Vladislav Kalmıkovdan ibarət komandamız ("Neftçi-1”) ikinci, Xanna Əliyeva-Tamerlan Əliyev cütlüyündən təşkil olunmuş digər komandamız ("Neftçi-2”) isə üçüncü yeri tutub.

Güllə atıcılarımız respublika birinciliyindəGüllə atıcılarımız respublika birinciliyindəGüllə atıcılarımız respublika birinciliyində