Xəbərlər


Kikboksçularımız “Heydər Əliyev Kuboku”nun qalibi olublar

Naxçıvanda yeniyetmələr arasında keçirilən kikboksinq üzrə "Heydər Əliyev Kuboku” uğrunda açıq turnirə yekun vurulub. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş yarışda Azərbaycan, Rusiya və İrandan olan yüzə yaxın idmançı bacarığını nümayiş etdirib.

Klubumuzun yetirmələri turnirdə uğurla çıxış ediblər. Kiçikyaşlı kikboksçularımız yarışın 9 qızıl (Şahin Əfəndiyev, Kamal Qəribli, Sübhan Məmmədov, Kənan Səfərov, Vüqar Məmmədov, Nicat Abbasov, Əsgər Musayev, Əli Qasımov, Xədicə Mustafayeva), 2 gümüş (Cəfərsadiq İbrahimli, Orxan Abışov) medalını qazanıblar və "Heydər Əliyev Kuboku”na sahib olublar.

Kikboksçularımız “Heydər Əliyev Kuboku”nun  qalibi olublarKikboksçularımız “Heydər Əliyev Kuboku”nun  qalibi olublar