Xəbərlər


Atletika üzrə Azərbaycan çempionatı başa çatıb

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçirilən yarışda 10 komandanın heyətində 110-dan çox atlet medallar uğrunda mübarizə aparıb.

Qadınların yarışında "Neftçi İdman Klubu”nun təmsilçilərindən Aysun Əhmədova nizəatmada, Könül Əliyeva isə nüvəitələmədə qalib gələrək Azərbaycan çempionu adını qazanıblar.