Xəbərlər


Sablyaçılarımız ölkə çempionatını 3 medalla başa vurublar

Azərbaycan Texniki Universitetinin idman zalında keçirilən qılıncoynatma üzrə respublika çempionatı sona yetib.

Yarışda "Neftçi İdman Klubu”nun sablyaçıları da bacarıqlarını nümayiş etdiriblər və üç medala sahib olublar. Qılıncoynadanlarımızdan Cavanşir Ağakişiyev bütün rəqiblərini məğlub edərək Azərbaycan çempionu adını qazanıb. Elvin Rzazadə isə gümüş medala layiq görülüb.

Xanım idmançıların mübarizəsində təmsilçimiz Sevil Bünyatova fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.