Xəbərlər


Ramazan bayramınız mübarək!

"Neftçi İdman Klubu" İctimai Birliyi xalqımızı Mübarək Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərini çatdırır.

Bu müqəddəs ay bütün dünyada milyonlarla müsəlman üçün mənəvi kamilləşmə, nəcib və xeyirxah işlər dövrüdür. Qoy Ulu Tanrı mərhəmət, şəfqət və bərabərlik rəmzi olan bu günlərdə sizin bütün dualarınızı eşitsin və qəbul etsin.

Bir daha hər birinizin bayramını təbrik edir, ailələrinizə səadət, süfrələrinizə xeyir-bərəkət arzulayırıq.

Allah orucunuzu qəbul etsin!