Xəbərlər


VII “Zirvə” Beynəlxalq Uşaq Oyunlarına yekun vurulub

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Xırdalanda və Astarada keçirilən 7-ci "Zirvə” Beynəlxalq Uşaq Oyunları başa çatıb. Yarışda 12 ölkədən 4 mindən çox atlet idmanın müxtəlif növləri (ağırlıqqaldırma, atçılıq, basketbol, boks, cüdo, futbol və çimərlik futbolu, bədii gimnastika, idman gimnastikası, sərbəst güləş, yunan-Roma güləşi, karate, kartinq, kikboksinq, şahmat, taekvondo, tennis, üzgüçülük, çimərlik voleybolu və voleybol, badminton, atletika) üzrə mübarizə aparıb.

"Neftçi İdman Klubu”nun yetirmələri turnirdə əzm nümayiş etdirərək böyük uğura imza atıblar. Belə ki, təmsilçilərimiz 15-i qızıl, 17-si gümüş və 27-si bürünc olmaqla, yarışın 59 medalına sahib olublar.

Qeyd edək ki, "Neftçi İdman Klubu” 7-ci "Zirvə” Beynəlxalq Uşaq Oyunlarını ümumi komanda hesabında ikinci yerdə başa vurub.