Xəbərlər


Qadın cüdoçularımız Avropa kubokundan iki medalla dönür

İyunun 1-də Rumıniyanın Kluj şəhərində startı verilmiş cüdo üzrə Avropa açıq kubokuna yekun vurulub. Yarışda 29 ölkədən 350 idmançı qalib adı uğrunda mübarizə aparıb.

"Neftçi İdman Klubu”nun qadınlardan ibarət yığma komandamızın heyətində təmsil olunan cüdoçularından Leyla Əliyeva (48 kq) və İçinkorlo Munxtsedev (57 kq) Avropa kubokunun bürünc medalına sahib olublar.

Qeyd edək ki, Azərbaycanın qadın cüdoçularından ibarət millisi turnirdə uğurla çıxış edərək 1 qızıl, 3 bürünc medal qazanıb.