Xəbərlər


Dama üzrə Azərbaycan çempionatı keçirilib

Respublika Şahmat Mərkəzində keçirilən 64 xanalı dama üzrə respublika çempionatına yekun vurulub.

İyirmi iki idmançının qatıldığı kişilərin yarışı iki mərhələdən ibarət olub. Birinci mərhələ İsveçrə sistemi ilə keçirilib və yeddi turu əhatə edib. İkinci mərhələ isə final mərhələsinə vəsiqə qazanmış altı nəfərin iştirakı ilə dairəvi sistem üzrə təşkil olunub.

Klubumuzun təmsilçisi, beynəlxalq usta Pərviz Həsənov birinci mərhələdə 7 oyuna 5 xal toplayaraq final mərhələsinə yüksəlib. Bu mərhələdə o, 5 oyuna 4,5 xal toplayıb və növbəti dəfə Azərbaycan çempionu adını qazanıb. Qeyd edək ki, bu, onun ardıcıl ikinci, ümumilikdə isə yeddinci ölkə çempionluğudur.

Səkkiz idmançının mübarizə apardığı qadınların yarışı dairəvi sistem üzrə keçirilib. Klubumuzun yetirməsi, idman ustası Ülkər Babanlı 7 oyuna 5,5 xal toplayaraq gümüş medala layiq görülüb. Eyni xala sahib olan digər damaçımız Banu Əli isə əmsallar cədvəlinə görə üçüncü olub.

Dama üzrə Azərbaycan çempionatı keçirilibDama üzrə Azərbaycan çempionatı keçirilibDama üzrə Azərbaycan çempionatı keçirilib