Xəbərlər


“Neftçi İdman Klubu” mini-futbol turniri keçirdi

"Neftçi İdman Klubu” neft, qaz və kimya sənayesi işçiləri arasında növbəti dəfə mini-futbol turniri keçirdi. 28 May – Respublika Gününə həsr olunmuş yarışda dörd qrupda olmaqla 12 komanda mübarizə aparırdı. "A” qrupunda "Azərkimya” İstehsalat Birliyi, "SOCAR Petroleum” Qapalı Səhmdar Cəmiyyəti, Geofizika və Geologiya İdarəsi, "B” qrupunda "Suraxanı Oyl” Əməliyyat Şirkəti, "Qaz İxrac” İdarəsi, Heydər Əliyev adına Neft Emalı Zavodu, "C” qrupunda Qaz Emalı Zavodu, , Nəqliyyat İdarəsi, "Bos Şelf” MMC, "D” qrupunda isə "Neftqaztikinti” Tresti, "Azneft” İstehsalat Birliyi, və Təhlükəsizlik İdarəsinin komandaları təmsil olunmuşdular.

Beş gün davam edən (20-25 may) turnirin keçirilməsində əsas məqsəd neft, qaz və kimya sənayesi işçilərinin sağlamlıqlarının qorunması, onların asudə vaxtlarının səmərəli təşkil olunması, eləcə də bu idman növünün kütləviləşməsinə köməklik göstərilməsi və 28 May – Respublika Gününün daha təntənəli qeyd edilməsi idi.

Suraxanı qəsəbəsindəki Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksində təşkil olunan yarışda finala "Qaz İxrac” və "Suraxanı Oyl” komandaları vəsiqə qazandılar. Həlledici qarşılaşmada "Suraxanı Oyl” daha üstün oyun nümayiş etdirdi və rəqibini 5:2 hesabı ilə məğlub etdi. Beləliklə, "Suraxanı Oyl” komandası mini-futbol turnirinin qalibi adını qazandı. "Qaz İxrac” İdarəsi 2-ci, "Bos Şelf” komandası isə 3-cü yeri tutdu.

Həmişə olduğu kimi, bu dəfə də klubumuz "ən yaxşı qapıçı”, "ən yaxşı oyunçu” və "ən məhsuldar oyunçu” nominasiyaları üzrə mükafatlar təsis etmişdi. Bu nominasiyaların qalibi adına müvafiq olaraq, Ceyhun Zeynalov ("Qaz İxrac” İdarəsi), Rəhman İsrafilov ("Suraxanı Oyl”) və Ruslan Sorokin ("Bos Şelf”) layiq görüldülər.

Sonda təşkil olunan mükafatlandırma mərasimində "Neftçi İdman Klubu”nun kütləvi bədən tərbiyəsi üzrə meneceri Akif Məmmədov çıxış edərək yarış iştirakçılarını 28 May – Respublika Günü münasibətilə klubun rəhbərliyi və şəxsən idarəetmə aparatının rəhbəri Sadıq Sadıqovun adından təbrik etdi. Ölkəmizdə bədən tərbiyəsi və idmana göstərilən dövlət qayğısından geniş söhbət açan klub rəsmisi son illər respublikamızda təşkil olunan çoxsaylı möhtəşəm tədbirlərdən və onların əhəmiyyətindən danışdı. O, belə tədbirlərdən daha birinin - mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununun ("Arsenal” – "Çelsi”) da yüksək səviyyədə təşkil olunacağına əminliyini ifadə etdi.

Turnirdə fəal iştirak etdiklərinə görə yarış iştirakçılarına dərin minnətdarlığını bildirən natiq onlara gələcək fəaliyyətlərində uğur dilədi. Sonra o, qalib komandalara qazandıqları qələbə münasibətilə təbriklərini çatdırdı.

Qalib və mükafatçı komandalara "Neftçi İdman Klubu” tərəfindən kubok, diplom və xatirə hədiyyələri təqdim olundu. Nominasiya qalibləri də diplom və hədiyyələrlə mükafatlandırıldılar.

“Neftçi İdman Klubu” mini-futbol  turniri keçirdi“Neftçi İdman Klubu” mini-futbol  turniri keçirdi“Neftçi İdman Klubu” mini-futbol  turniri keçirdi
“Neftçi İdman Klubu” mini-futbol  turniri keçirdi
“Neftçi İdman Klubu” mini-futbol  turniri keçirdi
“Neftçi İdman Klubu” mini-futbol  turniri keçirdi
“Neftçi İdman Klubu” mini-futbol  turniri keçirdi
“Neftçi İdman Klubu” mini-futbol  turniri keçirdi
“Neftçi İdman Klubu” mini-futbol  turniri keçirdi
“Neftçi İdman Klubu” mini-futbol  turniri keçirdi
“Neftçi İdman Klubu” mini-futbol  turniri keçirdi
“Neftçi İdman Klubu” mini-futbol  turniri keçirdi
“Neftçi İdman Klubu” mini-futbol  turniri keçirdi
“Neftçi İdman Klubu” mini-futbol  turniri keçirdi