Xəbərlər


Cüdoçumuz Hidayət Heydərov Çin Qran-prisinin qalibi olub

"Neftçi İdman Klubu”nun cüdoçusu Hidayət Heydərov (73 kq) Çinin Hohhot şəhərində keçirilən Qran-pri turnirinin qızıl medalına sahib olub. Qırx üç ölkədən 300-dən çox idmançının mübarizə apardığı yarışda klubumuzun yetirməsi Yunanıstan, Rusiya, Kanada və İsveç təmsilçiləri üzərində qələbə qazanaraq finala yüksəlib. Cüdoçumuz həlledici görüşdə Birləşmiş Ərəb Əmirliklərinin idmançısı Viktor Skvortovu ipponla məğlub edib və mötəbər turnirin qalibi adını qazanıb.

Xatırladaq ki, Hidayət Heydərov mayın 10-12-də Bakıda keçirilmiş "Böyük dəbilqə” turnirində də qızıl medala yiyələnmişdi.

Cüdoçumuz Hidayət Heydərov  Çin Qran-prisinin qalibi olubCüdoçumuz Hidayət Heydərov  Çin Qran-prisinin qalibi olub