Xəbərlər


Pauerliftinqçimiz Elmir Tarverdiyev növbəti dəfə Avropa çempionu olub

"Neftçi İdman Klubu”nun təmsilçisi Elmir Tarverdiyev Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən pauerliftinq üzrə Avropa çempionatında böyük əzmkarlıq nümayiş etdirərək qızıl medala sahib olub. Altmış kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız 465 kq ağırlığın öhdəsindən gələrək bu uğura imza atıb.

Qeyd edək ki, Elmir Tarverdiyev yeddiqat Avropa və dördqat dünya çempionudur.