Xəbərlər


VII “Zirvə” Uşaq Oyunlarında qılıncoynatma üzrə yarışlar keçirilib

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan VII "Zirvə” beynəlxalq Uşaq Oyunları davam edir.

"Zirvə” İdman Klubunun təşkilatçılığı ilə Xırdalanda keçirilən yarışda qılıncoynatma idman növü üzrə yarışlar sona yetib. Sablya və şpaqa üzrə keçirilən yarışda 2005-2007-ci il təvəllüdlü qılıncoynadanlar mübarizə aparıblar.

"Neftçi İdman Klubu”nun sablyaçıları turnirin 4 medalına sahib olublar. Qızlar arasında Təranə Məmmədli gümüş medala layiq görülüb. Nuranə Verdiyeva isə bürünc medalla kifayətlənib. Oğlanların mübarizəsində Eşqin Quliyev və Ülvi Rəsulzadə yarışı üçüncü yerdə başa vurublar.