Xəbərlər

Paracüdo üzrə beynəlxalq Qran-pri turniri sona yetib

Heydər Əliyev adına İdman Sarayında keçirilən paracüdo üzrə beynəlxalq Qran-Pri turnirinə yekun vurulub. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş yarışda 35 ölkədən 214 cüdoçu medallar uğrunda mübarizə aparıb.

"Neftçi İdman Klubu”nun təmsilçilərindən Rövşən Səfərov finala qədər inamla irəliləyib. Doxsan kiloqram çəki dərəcəsində çıxış edən idmançımız moldovalı Oleq Kretula qalib gələrək dörddəbir finala yüksəlib. Paracüdoçumuz növbəti mərhələdə Türkiyə idmançısı İbrahim Bölükbaşı 3 saniyəyə ipponla məğlub edərək yarımfinala adlayıb. Növbəti görüşündə də idmançımız ukraynalı Aleksandr Nazarenkonu 3 saniyəyə ipponla məğlub edərək finala vəsiqə qazanıb. Həlledici görüşdə Rövşən Səfərov İran idmançısı Vahid Nuriyə məğlub olub və gümüş medala layiq görülüb. Altmış kiloqram çəkidə çıxış edən Xanım Hüseynova isə bürünc medala sahib olub.

Xatırladaq ki, klubumuzun yetirmələri mötəbər yarışın ilk günündə daha 8 medal ( 2 qızıl, 3 gümüş və 3 bürünc) qazanıblar.

Qeyd edək ki, Azərbaycan millisi (3 qızıl, 4 gümüş və 4 bürünc) komanda hesabında ikinci yeri tutub.

Paracüdo üzrə beynəlxalq Qran-pri  turniri sona yetibParacüdo üzrə beynəlxalq Qran-pri  turniri sona yetibParacüdo üzrə beynəlxalq Qran-pri  turniri sona yetib