Xəbərlər

“Böyük dəbilqə” turnirindən daha üç medal

Heydər Əliyev adına İdman Sarayında cüdo üzrə "Böyük dəbilqə” turniri davam edir. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş yarışın ikinci gününə yekun vurulub.

"Neftçi İdman Klubu”nun cüdoçuları bu gün daha üç medala sahib olublar. Təmsilçilərimizdən 73 kiloqram çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərov bütün rəqiblərini məğlub edərək mötəbər turnirin qızıl medalını qazanıb. Həlledici finalda cüdoçumuz İsrail təmsilçisi Tohar Butbul üzərində qələbə çalıb.. Eyni çəkidə çıxış edən Rüstəm Orucov və Telman Vəliyev isə fəxri kürsünün 3-cü pilləsində qərarlaşıblar.

Xatırladaq ki, yarışın ilk günündə cüdoçumuz Nicat Şıxəlizadə turnirin gümüş medalına layiq görülüb.

Qeyd edək ki, "Böyük dəbilqə” yarışına mayın 12-də yekun vurulacaq.

“Böyük dəbilqə” turnirindən  daha üç medal“Böyük dəbilqə” turnirindən  daha üç medal“Böyük dəbilqə” turnirindən  daha üç medal