Xəbərlər

Cüdoçumuz Nicat Şıxəlizadə “Böyük dəbilqə” turnirinin gümüş medalına sahib olub

Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş cüdo üzrə "Böyük dəbilqə" beynəlxalq turnirinə start verilib. Heydər Əliyev adına İdman Sarayında keçirilən mötəbər yarışda dünyanın 56 ölkəsindən 431 cüdoçu (256 kişi, 175 qadın) mübarizə aparır.

"Neftçi İdman Klubu”nun yığma komandamızın heyətində yer almış cüdoçusu Nicat Şıxəlizadə nüfuzlu yarışın gümüş medalına layiq görülüb. Altmış altı kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz yalnız həlledici finalda moldovalı Denis Vieru ilə görüşdən məğlub ayrılıb.

Qeyd edək ki, mayın 12-dək davam edəcək turnirdə Azərbaycan millisi 43 idmançı ( 28 oğlan, 15 qız) ilə təmsil olunur.

Cüdoçumuz Nicat Şıxəlizadə “Böyük dəbilqə” turnirinin gümüş medalına sahib olubCüdoçumuz Nicat Şıxəlizadə “Böyük dəbilqə” turnirinin gümüş medalına sahib olubCüdoçumuz Nicat Şıxəlizadə “Böyük dəbilqə” turnirinin gümüş medalına sahib olub