Xəbərlər


Velosipedçimiz Elçin Əsədov Tokio Olimpiadasına üç lisenziya xalı qazanıb

Türkiyədə keçirilən Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı "Tour of Mesopotamia” yarışı başa çatıb.

"Neftçi İdman Klubu”nun yetirməsi Elçin Əsədov dörd mərhələdən ibarət veloturda böyük uğura imza atıb. Belə ki, mərhələlərdə müvafiq olaraq, 11-ci, 10-cu, 13-cü və 29-cu olan velosipedçimiz ümumi təsnifatda 10-cu pillədə qərarlaşıb. Elçin Əsədov bu göstərici ilə Tokio Yay Olimpiya Oyunlarına ölkəmizin aktivinə üç lisenziya xalı yazdırıb.

Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, olimpiadaya lisenziya xalları verən yarışlar bu ilin oktyabrınadək davam edəcək.