Xəbərlər

“Neftçi İdman Klubu”nun təşkilatçılığı ilə səmti müəyyənetmə yarışı keçirildi

"Neftçi İdman Klubu” İctimai Birliyi neft, qaz və kimya sənayesinin işçiləri və digər təşkilatlar arasında səmti müəyyənetmə üzrə açıq turizm yarışı keçirdi. Turnir aprelin 26-28-də Xaçmaz rayonunun Nabran qəsəbəsindəki meşə zolağında təşkil olundu.

Turnirin keçirilməsində əsas məqsəd səmti müəyyənetmə idman növünü inkişaf etdirmək, işçilərə təbii şəraitə uyğunlaşma vərdişlərini aşılamaq, turizm üzrə yarışların yeni formalarını araşdırmaq və təbliğ etmək, eləcə də "Neftçi İdman Klubu”nun yığma komandasının üzvlərini müəyyən etmək idi.

Ümumi nəticələrə görə, "Azərkimya” İstehsalat Birliyinin komandası turnirin qalibi adını qazandı. "Qaz İxrac” İdarəsi 2-ci, Səməd Vurğun adına Mərkəzi Kitabxananın komandası isə 3-cü yeri tutdu.

Qalib və mükafatçı komandaların üzvlərinə "Neftçi İdman Klubu” tərəfindən diplom və xatirə hədiyyələri təqdim olundu.

“Neftçi İdman Klubu”nun təşkilatçılığı ilə səmti müəyyənetmə yarışı keçirildi“Neftçi İdman Klubu”nun təşkilatçılığı ilə səmti müəyyənetmə yarışı keçirildi“Neftçi İdman Klubu”nun təşkilatçılığı ilə səmti müəyyənetmə yarışı keçirildi