Xəbərlər


Paralimpiyaçı üzgüçümüz dünya seriyasında daha bir medal qazandı

"Neftçi İdman Klubu”nun paralimpiyaçı üzgüçüsü Roman Saleh Böyük Britaniyanın Qlazqo şəhərində keçirilən dünya seriyasında ikinci medalını qazanıb. Yarışın sonuncu günündə batterflay növü üzrə 100 metr məsafəni 58,63 saniyəyə qət edən üzgüçümüz bürünc medala layiq görülüb.

Xatırladaq ki, Roman Saleh yarışın əvvəlki günlərində 100 metr məsafəyə arxasıüstə üzmə yarışında qızıl medala sahib olmuşdu.