Xəbərlər


Roman Saleh dünya seriyasının qalibi olub

 

"Neftçi İdman Klubu”nun paralimpiyaçısı Roman Saleh Böyük Britaniyanın Qlazqo şəhərində keçirilən üzgüçülük üzrə dünya seriyasında qızıl medala yiyələnib. Üzgüçümüz 100 metr məsafəni 1 dəqiqə 0,61 saniyəyə qət edərək bu uğura imza atıb.

Qeyd edək ki, bu yarış sentyabrda Londonda keçiriləcək dünya çempionatına minimal təsnifat xalı qazandırır.