Xəbərlər


Paralimpiyaçımız dünya kubokunda qızıl medal qazanıb

"Neftçi İdman Klubu”nun paralimpiyaçısı Elşən Hüseynov Macarıstanın Eger şəhərində keçirilən pauerliftinq üzrə dünya kubokunda qızıl medala sahib olub. Yüz yeddi kiloqrama qədər çəki dərəcəsində qüvvəsini sınayan idmançımız 225 kiloqram ağırlığın öhdəsindən gəlib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.