Xəbərlər

Kiçikyaşlı yeniyetmə cüdoçularımız qalib olublar

"Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən 15 yaşadək yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyi başa çatıb. Turnirdə paytaxt və bölgələrdən 66 komandanın tərkibində 464 cüdoçu medallar uğrunda yarışıb.

"Neftçi İdman Klubu”nun təmsilçiləri əzmlə mübarizə apararaq 11 medala (4 qızıl, 2 gümüş, 5 bürünc) sahib olublar və komanda hesabında birinci yeri tutublar.

Cüdoçularımızdan Ricad Nadirov (55 kq), Kənan Hüseynov ( 60 kq), Aydan Vəliyeva (36 kq) və Firuzə Hacıverdiyeva (+63 kq) məğlubiyyət tanımayaraq Azərbaycan çempionu adını qazanıblar.

Qalib və mükafatçılara medallar, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının diplomları təqdim olunub.

Kiçikyaşlı yeniyetmə cüdoçularımız  qalib olublarKiçikyaşlı yeniyetmə cüdoçularımız  qalib olublarKiçikyaşlı yeniyetmə cüdoçularımız  qalib olublar