Xəbərlər


Taekvondo üzrə açıq Bakı birinciliyi keçirilib

Abşeron Olimpiya İdman Kompleksində təşkil olunan yeniyetmə taekvondoçuların açıq Bakı birinciliyinə yekun vurulub. Yarışda 48 komandadan 550 idmançı bacarığını nümayiş etdirib.

Yeniyetmələr arasında milli komandaya seçim xarakteri daşıyan turnirdə "Neftçi İdman Klubu”nun təmsilçiləri 5 qızıl, 3 bürünc medala yiyələniblər. Taekvondoçularımızdan 41 kiloqram çəki dərəcəsində mübarizə aparan Pünhan Mürsəlov, Vaqif Hacıyev (45 kq), Şəfa Hüseynov (52 kq), Nurgül Mirzəyeva (27 kq) və Ayşən Ağazadə (40 kq) bütün görüşləri qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Əzizağa Nəsibov (33 kq), Ayxan Rüstəmov (63 kq) və Səma Səmidova (47 kq) isə paytaxt birinciliyinin bürünc medalına layiq görülüblər.