Xəbərlər


Sumoçumuz Avropa çempionu olub

"Neftçi İdman Klubu”nun sumoçusu, 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Çingiz Səmədov Estoniyanın paytaxtı Tallində keçirilən sumo üzrə XXIII Avropa çempionatının qızıl medalına sahib olub.

On yeddi ölkədən 350-dən çox idmançının qüvvəsini sınadığı yarışda idmançımız ilk görüşdə Polşa təmsilçisini məğlub edib. Növbəti qarşılaşmada rusiyalı rəqibinə qalib gələn sumoçumuz yarımfinalda gürcüstanlı idmançını məğlub edib və finala yüksəlib. Həlledici görüşdə daha bir polşalı rəqibini məğlub edən Çingiz Səmədov qitə çempionatının qalibi adını qazanıb.