Xəbərlər


“Qaradağ Lökbatan” “Səbail-2” komandasını məğlub etdi

Futbol üzrə Azərbaycan çempionatının I Divizionunda XXII turun oyunları keçirilib.

"Qaradağ Lökbatan” bu turda "Səbail-2” komandasının qonağı olub. "Bayıl Arena”da keçirilən qarşılaşma komandamızın 3:2 hesablı qələbəsi ilə başa çatıb. "Qaradağ Lökbatan”a qələbə qazandıran qollara Rövşən Şahmuradov (45), Aqşin Muxtaroğlu (52) və Emin Mehtiyev (53) imza atıblar.