Xəbərlər


Yeniyetmə cüdoçularımız Çexiyadan 2 medalla dönür

Çexiyanın Teplitse şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa kuboku keçirilib.

"Neftçi İdman Klubu”nun yığma komandamızın heyətində yer almış təmsilçilərindən ikisi mükafata layiq görülüb. Yeniyetmə cüdoçularımızdan 50 kiloqram çəki dərəcəsində mübarizə aparan İsmayıl Qənbərli bütün görüşləri qələbə ilə başa vuraraq Avropa kubokunun qalibi olub. Yalnız həlledici qarşılaşmada məğlub olan Şükran Zamanlı (55 kq) isə mötəbər turniri gümüş medalla tərk edib.

Qeyd edək ki, Azərbaycan cüdoçuları Avropa kuboku yarışında 3 qızıl, 2 gümüş və 4 bürünc medal qazanaraq komanda hesabında medalların həm əyarı, həm də sayına görə birinci yeri tutublar.