Xəbərlər


Cüdoçumuz Əhməd Yusifov Avropa kubokunun qalibi olub

İtaliyanın Liqnano şəhərində keçirilən gənc cüdoçuların Avropa kuboku yarışı sona yetib.

Otuz beş ölkədən 604 cüdoçunun mübarizə apardığı turnirdə "Neftçi İdman Klubu”nun yetirməsi Əhməd Yusifov əzm nümayiş etdirərək böyük uğura imza atıb. 60 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız Böyük Britaniya, Rumıniya, Rusiya və İtaliya təmsilçilərinə qalib gələrək finala vəsiqəni təmin edib. Həlledici qarşılaşmada italiyalı rəqibi Alessandro Aramunu məğlub edən cüdoçumuz Avropa kubokunun qızıl medalına yiyələnib.

Cüdoçumuz Əhməd Yusifov  Avropa kubokunun qalibi olubCüdoçumuz Əhməd Yusifov  Avropa kubokunun qalibi olubCüdoçumuz Əhməd Yusifov  Avropa kubokunun qalibi olub
Cüdoçumuz Əhməd Yusifov  Avropa kubokunun qalibi olub
Cüdoçumuz Əhməd Yusifov  Avropa kubokunun qalibi olub
Cüdoçumuz Əhməd Yusifov  Avropa kubokunun qalibi olub