Xəbərlər


Cüdoçularımızın Antalya uğuru

Aprelin 5-də Türkiyənin Antalya şəhərində start götürmüş cüdo üzrə beynəlxalq Qran-pri turnirinə yekun vurulub.

"Neftçi İdman Klubu”nun Azərbaycan millisinin heyətində təmsil olunan cüdoçuları mötəbər yarışın 1 qızıl, 1 gümüş və 1 bürünc medalına sahib olublar. Qadınların mübarizəsində İrina Kindzerska (+78 kq) Monqolustan, İsrail, Rusiya və Braziliya cüdoçularını məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Cüdoçumuzun mükafatlandırma mərasimində "Neftçi İdman Klubu” İctimai Birliyi idarəetmə aparatının rəhbəri, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov iştirak edib.

Kişilərin yarışında 73 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Rüstəm Orucov gümüş, Elmar Qasımov (100 kq) isə bürünc medal medal qazanıb.

Qeyd edək ki, Azərbaycan cüdoçuları Türkiyədə baş tutan nüfuzlu turniri dörd medalla (1 qızıl, 1 gümüş , 2 bürünc) başa vurublar.

Cüdoçularımızın Antalya uğuruCüdoçularımızın Antalya uğuruCüdoçularımızın Antalya uğuru
Cüdoçularımızın Antalya uğuru
Cüdoçularımızın Antalya uğuru
Cüdoçularımızın Antalya uğuru
Cüdoçularımızın Antalya uğuru
Cüdoçularımızın Antalya uğuru
Cüdoçularımızın Antalya uğuru