Xəbərlər


“Qaradağ Lökbatan” turu bir xalla başa vurdu

Futbol üzrə Azərbaycan çempionatının I Divizionunda XXI turun oyunlarına yekun vurulub.

Bu tur çərçivəsində "Qaradağ Lökbatan” "Sumqayıt-2” komandasını qəbul edib. Lökbatan qəsəbəsindəki Qaradağ Təlim-İdman Bazasının stadionunda təşkil olunan qarşılaşma 1:1 hesabı ilə sona yetib. Oyunun 59-cu dəqiqəsində Rüfət Abdullazadənin vurduğu qolla rəqib önə keçsə də, matçın sona çatmasına dörd dəqiqə qalmış (86) Emin Mehtiyev adını tabloya yazdırıb və komandamızı məğlubiyyətdən xilas edib – 1:1.