Xəbərlər


Eltac Səfərli Avropa çempionundan yarım xal geri qalıb

Makedoniyanın paytaxtı Skopye şəhərində keçirilən şahmat üzrə şəxsi Avropa çempionatına yekun vurulub.

"Neftçi İdman Klubu”nun şahmatçısı Eltac Səfərli 11 turdan 8 xal toplayaraq 11-ci pillədə qərarlaşıb. İdmançımız bu nəticə ilə Avropa çempionundan cəmi yarım xal geri qalıb.

Qeyd edək ki, Avropa çempionu adını 8,5 xalla rusiyalı Vladislav Artemyev qazanıb. Onunla eyni xalı toplayan İsveç təmsilçisi Nils Qrandelius gümüş medala layiq görülüb. Polşalı Katsper Piorun isə 8 xalla əlavə göstəricilərə görə üçüncü yeri tutub.