Xəbərlər


Sadıq Sadıqov Avropa çempionu Nazim Babayevlə görüşüb

"Neftçi İdman Klubu” İctimai Birliyi idarəetmə aparatının rəhbəri Sadıq Sadıqov bugünlərdə Şotlandiyanın paytaxtı Qlazqoda keçirilən atletika üzrə 35-ci qış Avropa çempionatında üçtəkanla tullanma yarışlarında 17,29 metr nəticə göstərərək qızıl medal qazanan, bu nəticə ilə həm də öz şəxsi rekordunu yeniləyən Nazim Babayev və onun məşqçisi Ziyad Xəlfəyevlə görüşüb. Aparat rəhbəri respublikamızda dövlət başçısı tərəfindən aparılan məqsədyönlü idman siyasətinin verdiyi nəticələrdən, eləcə də idman və olimpiya hərəkatı sahəsində görülən işlərdən geniş söhbət açıb. 

O, ölkəmizdə bədən tərbiyəsi və idmana olan dövlət qayğısından bəhs edərək, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində böyük işlər görüldüyünü və bunun sayəsində Azərbaycanın Avropanın və dünyanın tanınmış idman ölkələrindən birinə çevrildiyini xüsusi vurğulayıb. Qeyd edilib ki, bütün bunlara rəğmən respublikamız beynəlxalq qurumların etimadını qazanıb və bir çox mötəbər tədbirlərə yüksək səviyyədə ev sahibliyi edib.

Daha sonra atleti qazandığı böyük uğur münasibətilə təbrik edən aparat rəhbəri əldə olunan yüksək nailiyyətə görə onlara minnətdarlığını bildirib və gələcək fəaliyyətlərində uğurlar diləyib. O, idmançıya bundan sonra daha yaxşı şəraitin yaradılacağını söyləyib.

Sonda Nazim Babayev və onun məşqçisi Ziyad Xəlfəyev səmimi görüşə və göstərilən qayğıya görə "Neftçi İdman Klubu”nun rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Atlet bundan sonra daha da əzmlə çalışacağına və beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edəcəyinə söz verib.

Sadıq Sadıqov Avropa çempionu  Nazim Babayevlə görüşübSadıq Sadıqov Avropa çempionu  Nazim Babayevlə görüşübSadıq Sadıqov Avropa çempionu  Nazim Babayevlə görüşüb
Sadıq Sadıqov Avropa çempionu  Nazim Babayevlə görüşüb

Sadıq Sadıqov Avropa çempionu  Nazim Babayevlə görüşüb
Sadıq Sadıqov Avropa çempionu  Nazim Babayevlə görüşüb