Xəbərlər


Taekvondoçumuz Ramin Əzizov Niderlanddan medalla dönür

"Neftçi İdman Klubu”nun taekvondoçusu Ramin Əzizov Niderlandın Eyndhoven şəhərində böyüklər arasında keçirilən "Dutch Open” beynəlxalq turnirində mükafata layiq görülüb. Azərbaycan millisinin heyətində yer alan və 87 kiloqram çəki dərəcəsində ölkəmizin idman şərəfini qoruyan təmsilçimiz sayca qırx altıncı "G1” kateqoriyalı turnirdə bürünc medala sahib olub.