Xəbərlər


Kiçikyaşlı yeniyetmə cüdoçularımız paytaxt birinciliyində

 

"Sərhədçi" İdman Olimpiya Mərkəzində kiçikyaşlı yeniyetmə cüdoçular arasında (2007-2009 və 2005-2006-cı illər təvəllüdlü) Bakı şəhər birinciliyi keçirilib.

"Neftçi İdman Klubu”nun yetirmələri hər iki yaş qrupu üzrə mübarizəyə qoşulublar. 75 komandadan 639 cüdoçunun qatıldığı 2007-2009-cu illər təvəllüdlü idmançıların yarışında təmsilçilərimizdən Angelina İsmayılova (32 kq) gümüş, Səlim Sultanov (42 kq) və Aytac Yolçuzadə (36 kq) isə bürünc medala layiq görülüblər.

Beş yüz on səkkiz idmançının medallar uğrunda mübarizə apardığı 2005-2006-ci illər təvəllüdlü cüdoçuların yarışmasında klubumuzun yetirmələri daha yaxşı təsir bağışlayıblar. Belə ki, təmsilçilərimiz 3-ü qızıl, 5-i gümüş, 6-sı isə bürünc olmaqla paytaxt birinciliyinin 14 medalına sahib olublar və ümumi komanda hesabında ikinci yeri tutublar. Cüdoçularımızdan Əbdülrəhman Qəribov (46 kq), Nahid Tarquliyev (60 kq) və Fatimə Kərimova (48 kq) bütün görüşləri qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.