Xəbərlər


Boksçularımız respublika birinciliyini 7 medalla başa vurublar

Boks Mərkəzində yeniyetmə boksçular arasında Azərbaycan birinciliyi keçirilib. Paytaxt və respublikanın müxtəlif bölgələrini təmsil edən 50-yə yaxın komandanın qatıldığı yarışda 268 idmançı qüvvəsini sınayıb. Altı gün davam edən birincilikdə 2003-2004-cü illər təvəllüdlü yeniyetmələr 13 çəki dərəcəsi üzrə mübarizə aparıblar.

Klubumuzun dəri əlcək sahibləri ölkə birinciliyinin ikisi qızıl, üçü gümüş və ikisi bürünc olmaqla yeddi medalını qazanıblar. 46 kiloqram çəki dərəcəsində çıxış edən Nihat Ağakişiyev və Əli Ələsgərli (50 kq) bütün qarşılaşmalardan qalib ayrılaraq Azərbaycan çempionluğunun sevincini yaşayıblar. Yalnız həlledici görüşdə məğlub olan Səid Abdullayev (48 kq), Bəylər Bayramov (60 kq), Kamal Abdullayev (+80 kq) gümüş, Ümid Bayramov (48 kq) və Qasım Qasımov (52 kq) isə bürünc medala layiq görülüblər.

Qeyd edək ki, yeniyetmə boksçularımız komanda hesabında ikinci yeri tutublar.