Xəbərlər


Cüdoçularımız Antalyada 2 medal qazanıblar

Türkiyənin Antalya şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa kuboku yarışına yekun vurulub. Turnirdə 16 ölkədən 495 cüdoçu qalib adı uğrunda mübarizə aparıb.

"Neftçi İdman Klubu”nun yığmamızın heyətində yer almış təmsilçilərindən ikisi medal əldə etməyə müvəffəq olub. Xanım idmançıların yarışında 57 kiloqram çəki dərəcəsində çıxış edən Aytac Qardaşxanlı bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Oğlanların mübarizəsində isə Şükran Zamanlı (55 kq) bürünc medala sahib olub.