Xəbərlər


Atletimiz Nazim Babayev Avropa çempionu oldu

"Neftçi İdman Klubu”nun təmsilçisi Nazim Babayev Şotlandiyanın paytaxtı Qlazqoda keçirilən atletika üzrə 35-ci qış Avropa çempionatında üçtəkanla tullanmada ən yaxşı nəticə göstərərək qızıl medala yiyələnib. O, dördüncü cəhddə 17,29 metr nəticə ilə Avropa çempionu adını qazanıb. Atletimiz bu nəticə ilə həm də öz şəxsi rekordunu yeniləyib.

Xatırladaq ki, bu il 35-ci dəfə təşkil olunan qış Avropa çempionatı ilk dəfə 1970-ci ildə keçirilib. "Qlazqo 2019”da qitənin 50 ölkəsindən 600-dən çox atlet bacarığını nümayiş etdirib.