Xəbərlər


Cüdoçularımız açıq Avropa kubokunun iki medalına sahib olublar

Martın 2-də Polşanın paytaxtı Varşavada start götürən kişi cüdoçuların açıq Avropa kubokuna yekun vurulub.

"Neftçi İdman Klubu”nun Azərbaycan millisinin heyətində təmsil olunan iki cüdoçusu mötəbər yarışın mükafatına layiq ğörülüb. Onlardan 66 kiloqram çəki dərəcəsində çıxış edən İbrahim Əliyev yalnız həlledici final görüşündə məğlubiyyət acısı yaşayıb və gümüş medala sahib olub. Şahin Qəhrəmanov (+100 kq) isə fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.

Qeyd edək ki, turnirdə 35 ölkədən 291 cüdoçu medallar uğrunda mübarizə aparıb.